Səudiyyə Ərəbistanının nüfuzlu “Arab News” qəzetində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məqalə dərc edilmişdir

 

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin geniş oxucu kütləsinə malik ingilisdilli “Arab News” qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun “Azərbaycan xalqı azad surətdə səs verərək İlham Əliyevi böyük səs çoxluğu ilə Prezident seçmişdir” sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının azad surətdə öz şüurlu seçimini və iradəsini ifadə etdiyi bildirilir.

Elnur Aslanov yazır ki, Azərbaycan xalqı prezident seçkilərində ölkənin son illərdə qazandığı nailiyyətlərə və qurulması nəzərdə tutulan gələcəyə səs vermişdir. Seçicilərin səsvermədə fəal iştirakı Azərbaycan xalqının seçkilərə verdiyi önəmin daha bir göstəricisidir. Bu, bir daha göstərir ki, savadlılığın 98 faizdən çox, siyasi məlumatlılığın yüksək səviyyədə olduğu Azərbaycan kimi bir cəmiyyətdə xalq öz gələcəyinə laqeyd qala bilməz.

Məqalədə qeyd edilir ki, Azərbaycan əhalisinin 66 faizi gənclərdən ibarətdir. Prezident İlham Əliyevin inamlı qələbəsi göstərir ki, o, gəncləri öz ətrafında birləşdirə bilmiş və beləliklə də Azərbaycanın gənc nəsli ilə birlikdə yeni tarix yazmışdır. Bu da Azərbaycan kimi gənc və demokratik bir ölkə üçün rəmzi hadisədir.

Prezident Administrasiyasının rəsmisi bildirir ki, hər hansı seçki prosesinin azad, ədalətli, demokratik və uğurlu hesab edilməsi üçün xalqın təsdiqindən başqa heç nə lazım deyildir. Seçki prosesini 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi 50 beynəlxalq qurumu təmsil edən 1300 nəfərdən ibarət qısamüddətli və uzunmüddətli müşahidə missiyasının daxil olduğu 53 min müşahidəçi izləmişdir. Həm beynəlxalq, həm də yerli müşahidəçilər seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirildiyini bəyan etmişlər. Azərbaycan, ABŞ və Fransanın beş müstəqil təşkilatının həyata keçirdiyi exit-polların nəticələri olduqca az fərqlə seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.

Məqalədə qeyd edilir ki, texniki baxımdan seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıq işləri görülmüşdü. Hətta internet vasitəsilə seçki prosesinin canlı izlənilməsi üçün seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı. Namizədlərin sərbəst şəkildə qeydiyyatdan keçmələri, seçkiqabağı təşviqat işləri, sərbəst toplaşmaq və söz azadlığının həyata keçirilməsi üçün lazımi addımlar atılmışdı. Bütün namizədlər İctimai Televiziyada bərabər yayım vaxtı ilə təmin olunmuşdular.

Prezident Administrasiyasının rəsmisi qeyd edir ki, demokratik inkişaf Azərbaycan xalqının şüurlu seçimi və dönməz yoludur. Bu seçim hər hansı şəxsi və ya təşkilatı razı salmaq üçün edilməmişdir. Bu, ilk növbədə Azərbaycan xalqının marağına xidmət edir.

Müəllif yazır ki, gələcəyə aydın nəzər salmaqla, xalqın böyük dəstəyi və inamına malik olmaqla Azərbaycan hökuməti çiçəklənən və demokratik ölkənin qurulmasında səylərini davam etdirəcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında