İtaliyanın nüfuzlu “La Nazione” qəzetində “Neft, qaz və göydələnlər. Azərbaycan dünyanı cəlb edir” sərlövhəli məqalə dərc edilmişdir

 

İtaliyanın nüfuzlu “La Nazione” qəzetində “Neft, qaz və göydələnlər. Azərbaycan dünyanı cəlb edir” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi qeyd olunmuşdur.

Vurğulanmışdır ki, əksər beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdə keçirilən seçkilərin dinc şəraitdə reallaşdığını bildirmişlər.

Müəllif müasir və getdikcə gözəlləşən paytaxtımızdan da söz açmışdır. Diqqətə çatdırmışdır ki, Bakının özünəməxsus memarlıq üslubuna malik binaları hər kəsi heyran edir. Şəhərdə bu tarixi tikililərlə yanaşı, çoxlu sayda yeni restoranlar və mehmanxanalar da fəaliyyət göstərir.

Yazıda, həmçinin Bakının strateji əhəmiyyətə malik önəmli bir şəhərə çevrildiyi də vurğulanmışdır. Bildirilmişdir ki, istər coğrafi, istərsə də geosiyasi əhəmiyyətinə görə paytaxtımızın önəmi sürətlə artır.

Məqalədə Azərbaycan qazının İtaliya ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin tezliklə həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələsi xüsusi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, enerji sahəsindən əldə olunan gəlirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldilir.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafından da söz açan müəllif qeyd etmişdir ki, son illər ölkəmizdə adambaşına düşən gəlir artmış və çoxlu sayda yeni iş yerləri açılmışdır.

Yazının sonunda vurğulanmışdır ki, məqalədə qeyd olunan məqamlara görə beynəlxalq aləmdə Azərbaycana maraq getdikcə artır.

Maqsud DADAŞOV

AzərTAc-ın xüsusi müxbiri

Roma

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında