Bakıda beynəlxalq ekologiya olimpiadası

Azərbaycan paytaxtı dördüncü dəfədir ki, məktəblilərin beynəlxalq ekologiya olimpiadasına ev sahibliyi edir. Bu barədə Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının təşkilatçısı olan "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən mətbuat konfransında ətraflı məlumat verdi.
Şirkət rəhbəri bildirdi ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft və İctimai Teleradio Yayımları şirkətlərinin dəstəyi ilə keçirilən məktəblilərin beynəlxalq ekoloji layihə olimpiadası artıq dünya uşaqları və yeniyetmələrinin böyük həvəslə qoşulduqları bilik-bacarıq yarışmalarından birinə çevrilib. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu məclisdə iştirak edən ölkələrin sayı ildən-ilə artır.
Builki olimpiadaya müxtəlif qitələrin 33 ölkəsindən məktəblilər gəlmişlər. "İnepo - Avrasiya" adlı ekoloji yarışmaya 300-dək layihə təqdim olunmuşdu. Onlardan 97-si yekun mərhələ üçün qəbul olunmuş və balaca araşdırmaçılar artıq Bakıdadır. Ölkəmizdən olimpiadada 52 şagird iştirak edir. Onlar "Çağ" şirkəti liseylərinin və respublikanın digər qabaqcıl məktəblərinin yetirmələridir.
Ənvər Özərən sonda bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ekologiya ili elan etməsi respublikamızın bu bəşəri problemə necə həssaslıqla yanaşmasını göstərir və olimpiadanı daha yüksək səviyyədə keçirmək üçün bizə əlavə həvəs və güc verir.
"Çağ" Öyrətim şirkəti Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz bildirdi ki, olimpiada iştirakçılarının yerləşməsi, sərbəst yarışması, istirahəti və əyləncəsi üçün qurumun bazasında hər cür şərait yaradılmışdır. "Çağ" məktəbliləri olimpiadada maraqlı layihələrlə çıxış edirlər.
"İnepo - Avrasiya" ekoloji layihələr yarışmasının əsas məqsədi getdikcə qloballaşan problemin mahiyyətini və aktuallığını gənc nəslə çatdırmaq, şagirdlərdə ekoloji təfəkkür formalaşdırmaq, ətraf mühitin qorunmasında onların fəal iştirakını təmin etmək, mövzu ilə bağlı məktəblilərin beynəlxalq əməkdaşlığına nail olmaqdır. İnanırıq ki, müstəqillik illərində Azərbaycan təhsilinə 75-i qızıl olmaqla, 358 medal qazandırmış "Çağ" şagirdləri, ötən dəfələrdə olduğu kimi, indi də yarışmada layiqli qələbə qazanacaqlar.
Aprelin 7-də beynəlxalq layihə olimpiadası iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabanındakı məzarını ziyarət etdilər. Beynəlxalq heyət dünən Heydər Əliyev Fondunda oldu. Onlar hami qurumlarda keçirilən görüşlərdə də iştirak edəcəklər.
Bakı Əl Oyunları Sarayında təşkil olunmuş sərgidə dünya xalqlarının məktəbli ekoloqlarının layihələri nümayiş olunacaq, uşaqlar və böyüklər təqdim olunan işlərlə yaxından tanış olacaqlar. Aprelin 10-da olimpiadanın təntənəli bağlanışında qaliblər mükafatlandırılacaq.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında