Bakı Şəhər Baş Polis İdarəsi Sabunçu Rayon Məhkəməsində baş vermiş insidentlə bağlı məlumat yaymışdır

 

 

 

Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində vətəndaş Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident yaşanmışdır.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd etmişlər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirmiş, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd  göstərmişlər. Həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmiş və dörd nəfərə xəsarət yetirmişlər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılmış və dörd nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Saxlanılan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, onların bir qismi, ümumiyyətlə, Bakı sakini deyil və ayrı-ayrı bölgələrdən məhz bu məhkəmə prosesində iştirak etmək üçün paytaxta gəlmişlər. Narkoloji müayinə zamanı onlardan üç nəfərinin narkotik vasitədən istifadə etməsi məlum olmuşdur. Üç nəfər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərdir. Konkret olaraq, Abbasov Şəhriyar Xalid oğlu 2011-ci ildə Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) iki il doqquz ay, Hüseynov Abbas Məmmədbağır oğlu 2007-ci ildə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə (Hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma) bir il, Əsgərov Sənan Kamil oğlu 2002-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə (oğurluq) üç il müddətinə məhkum olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında