Ankarada Türkiyə-Azərbaycan dərnəyinin təqdimatı keçirilmişdir

Ankaradakı Türk Strateji Araşdırmalar Mərkəzində (TÜRKSAM) yeni qeyri-hökumət təşkilatı - Türkiyə-Azərbaycan Dərnəyinin təqdimatı keçirilmişdir. Toplantıda Azərbaycan və Türkiyənin hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Dərnəyin sədri, Türk Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirmişdir ki, yeni təşkilat qardaş xalqlarımızın aktual problemlərinin həllinə, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə səy göstərəcəkdir. Dərnək Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, habelə ermənilərin qondarma "soyqırımı" ilə bağlı yalan təbliğatının ifşa olunması sahəsində intellektual fəaliyyətə üstünlük verəcək, Türkiyə və Avropanın kütləvi informasiya vasitələrində, internet məkanında məqalə və sənədlər yayacaqdır. Tezliklə yeni dərnəyin qurultayı keçiriləcək və qardaş ölkədəki bütün dərnəklərin nümayəndələri bu qurultaya dəvət olunacaqlar.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi E.Məmmədov bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyev Türkiyə və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə hər zaman diqqət və qayğı göstərmişdir. Prezident İlham Əliyev "bir millətin iki diasporu olmaz" fikri ilə iki qardaş ölkənin diaspor təşkilatlarının həmrəyliyinin zəruriliyini vurğulamışdır. Təsadüfi deyildir ki, ötən il Türkiyə və Azərbaycan diasporlarının sıx əməkdaşlığı sayəsində 40-dan çox ölkədə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin çatdırılması üçün tədbirlər təşkil olunmuşdur. Türkiyə və Azərbaycan diasporlarının əməkdaşlığı bundan sonra da davam edəcəkdir. Bu baxımdan, yeni təşkilatın fəaliyyəti çox əhəmiyyətli olacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında