Azərbaycan gəncləri narkotiklər əleyhinə

 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.

 Tədbirdə  Baş İdarənin rəisi Raqit Abbasov çıxış edərək bildirmişdir ki, narkomaniyaya qarşı mübarizə davamlı, ardıcıl həyata keçirilməlidir: “Bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur.  Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır”, - deyə natiq vurğulamışdır. Sonda Raqif Abbasov gənc istedadları bir daha təbrik etmiş, onları  pis vərdişlərdən uzaq olmağa çağırmışdır.

Sonra mükafatlandırma mərasimi keçirilmişdir. İnşa yazı müsabiqəsində Zəhra Qaragöz (Səbail rayonu, 6 saylı məktəb), rəsm müsabiqəsində isə İsmayıl Vəzirov (Yasamal rayonu) birinci yerə layiq görülmüşlər.  İnşa yazı və rəsm müsabiqəsində fərqlənmış şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Leyla QURBANOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında