RSXM-in daha 4 seysmik stansiyası fəaliyyətə başladı

 

 

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin telemetrik seysmik stansiyalar şəbəkəsi genişlənməkdə davam edir.

Mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasında tikinti- quraşdırma işləri başa çatmış və stansiyalar işə başlamışdır. Bu stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hazırda  RSXM-in quruda 35 telemetrik stansiyası fəaliyyət göstərir. Bundan başqa, bu il ərzində mərkəz tərəfindən respublika ərzisində 21 GPS stansiya quraşdırılmışdır. Daha bir GPS stansiyası isə Saatlı rayonu ərazisində qazılmış, dərinliyi 8324 metr olan quyu üzərində quraşdırma işləri başa çatmaq üzrədir. Qeyd edək ki, bu quyu öz dərinliyinə görə dünyada 3-cü quyudur. Həmin quyu üzərində quraşdırılmış GPS stansiya vasitəsi ilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaqdır.

Məlumatda daha sonra qeyd olunur ki, AMEA nəzdində RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında