Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin Vyanada keçirilən iclasında Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində görülən işlərdən danışılmışdır

 

 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, qlobal media şəbəkəsi olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Avstriyanın paytaxtı Vyanada BMİ-nin İdarə Heyətinin iclasında iştirak etmişdir.

BAMF-ın informasiya departamentindən bildirmişlər ki, BMİ-nin İdarə Heyətinin builki iclası səmərəli əməkdaşlıq çərçivəsində keçmişdir.

İdarə Heyətinin toplantısında mətbuat azadlığı sahəsində əldə olunmuş nailiyyətlər, quruma üzvlüklə bağlı strateji sənəd, Beynəlxalq Mətbuat İnstitutunun 2014-cü il üçün media azadlığı strategiyası və prioritetləri, BMİ-nin gələn il keçiriləcək Dünya Konqresi, innovativ xəbər platforması və digər məsələlər müzakirə edilmişdir.

Mətbuatın vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Milli Komitəsinin fəaliyyəti xüsusi qeyd edilmişdir.  Xüsusən postsovet məkanında azad sözün və fikrin təşviq edilməsi üçün media qurumlarının Beynəlxalq Mətbuat İnstitutunun işinə cəlb olunması təqdir edilmişdir.

BMİ-nin milli komitələrinin təşəbbüsü ilə əsası qoyulan Bakı Regional Mərkəzinin səyləri nəticəsində Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda yaradılan milli komitələrin mətbuat azadlığının qorunması, jurnalist təşəbbüslərinin dəstəklənməsi, təcrübə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunmuşdur.

İclasda çıxış edən U.Rəhimoğlu Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. O, BMİ-nin strukturlaşması və fəaliyyətinin gücləndirilməsi üçün səylərin bir araya gətirilməsi istiqamətində çıxış edərək azad medianın qorunması, müasir jurnalistikada kibercinayətin qarşısının alınması, qurumun jurnalist təhlükəsizliyinin qorunması ilə bağlı 2014-cü ildə Keyptaunda keçiriləcək Dünya Konqresinin əhəmiyyətini vurğulamışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında