Heydər Əliyev Mərkəzinin binasının yeni fotosessiyası

 

 

 

 

Noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektor təqdimat mərasimi keçiriləcəkdir.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, beynəlxalq arxitektor təqdimatı ərəfəsində Heydər Əliyev Mərkəzinin binasının yeni fotosessiyası yayımlanmışdır.

Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası hazırda müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadiddir.

Heydər Əliyev Mərkəzinin nadir arxitektor quruluşa malik binası Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini təcəssüm etdirir.

Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda, davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını ifadə  edir.

Layihənin inşasında düz xətlərdən istifadə olunmamışdır.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Binanın inşası zamanı ümumi uzunluğu 90 kilometr təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 kvadratmetr olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur - üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

Əsas bina 3 bölmədən ibarətdir. Birinci bölmə Heydər Əliyev Muzeyi, ikinci 9 mərtəbədən ibarət olan sərgi zalları bölməsidir. Burada sərgi zalları, inzibati ofis və kafe yerləşir. Üçüncü bölmə dörd mərtəbədən ibarət olan audiorium bölməsidir. Burada 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, media mərkəzi yerləşir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında