ABŞ-ın Merilend ştatında “Azərbaycanı – texnoloji investisiyalar sahəsində imkanları təqdim edirik” mövzusunda təqdimat olmuşdur

 

 

ABŞ-ın Merilend ştatında “Azərbaycanı – texnoloji  investisiyalar sahəsində imkanları təqdim edirik” mövzusunda tədbir olmuşdur. Tədbir Montqomeri dairəsinin İqtisadi İnkişaf Departamentinin və Elizarov Məsləhət Qrupunun (EGG) köməyi ilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuşdur.

Montqomeri dairəsinin İqtisadi İnkişaf Departamenti nəzdində biznesin mənimsənilməsi mərkəzinin meneceri Ceri Qodvinin  region barədə giriş nitqindən və EGG şirkətinin prezidenti Yakov Elizarovun çıxışından sonra ABŞ-Azərbaycan Ticarət Palatasının  icraçı direktoru Süsən Sadıqova Azərbaycanın sürətlə inkişaf edən texnoloji bazarı barədə təqdimatla çıxış etmişdir. S.Sadıqova  müxtəlif İKT şirkətlərinin nümayəndələri ilə kosmik texnologiyalar, biznes analitikası, kibercinayətkarlıqdan müdafiə sistemləri sahəsində və digər sahələrdə perspektivləri müzakirə etmiş, bunun faydalarının potensial  sərmayədarların diqqətinə çatdırmışdır. O,  Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Yüksək Texnologiyalar  Parkı, Transavrasiya İnformasiya Magistralı, “Azerspace-1” və s.  kimi iri layihələr barədə auditoriyaya məlumat vermişdir. Sonda  ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru suallara cavab vermişdir.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında