Almaniya Bundestaqının üzvü Aleks FİŞER: Azərbaycanda prezident seçkiləri azad, ədalətli və şəffaf qaydada keçirilmişdir

 

Almaniya Bundestaqının üzvü Aleks Fişer oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yaymışdır.

A.Fişer prezident seçkilərinin azad, ədalətli və şəffaf qaydada keçirildiyini bildirmişdir. O, seçkilərdə çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin iştirak etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.

Bundestaqın üzvü seçki ərəfəsində və səsvermə günü prosedurun peşəkar qaydada həyata keçirildiyinin şahidi olduğunu bildirmişdir. O, seçkilərə texniki hazırlıqla bağlı Azərbaycan hakimiyyətinin gördüyü işlərdən məmnun qaldığını vurğulamışdır.

A.Fişer səsvermə günü seçki məntəqələrində polisin nümayəndələrinə rast gəlmədiyini, eyni zamanda, seçicilərə qarşı hər hansı təzyiq faktını müşahidə etmədiyini bildirmişdir.

Almaniya Bundestaqının üzvü əvvəlki seçkilərlə müqayisədə namizədlərin daha açıq şəkildə debat aparmaları üçün yaradılmış şəraiti yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır.

Sonda A.Fişer Azərbaycan hakimiyyətinin ölkənin daha da demokratikləşməsi istiqamətində səyləri davam etdirəcəyinə əminliyini bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında