KİVDF-nin yeni müsabiqə layihəsinə start verildi

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti  iclasında növbəti jurnalist yazıları müsabiqəsinə start verildi.

Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirdi ki, “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi nəzərdə tutulub. Birinci məsələ barədə çıxış edən fondun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, növbəti fərdi jurnalist yazıları müsabiqəsi üzrə  45 əsas, 15 həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. O, 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif etdi. Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün fonda daxil olmuş təklif və rəyləri Müşahidə Şurasının üzvlərinə çatdırdı.   

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdirdilər. İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı, müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildirdilər. Qərara alındı ki, müsabiqə müddətində telekanallarda və müxtəlif KİV-lərdə müvafiq maarifləndirmə işləri aparılsın.

Müsabiqənin istiqamət və mövzuları barədə məlumat KİVDF-nin saytında yerləşdirilib.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında