Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının

Nizami adına Ədəbiyyat İnstitutu elmi

şurasının növbəti iclası keçirilmişdir.

 İnstitutun mətbuat qrupundan AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə bu elmi müəssisənin  direktoru, akademik İsa Həbibbəyli açaraq institutun yubileyi ilə əlaqədar görülmüş işlər, “Azərbaycan ədəbiyyatı tarixi”nin növbəti cildlərinin hazırlanması və s. ilə bağlı məsələlərdən danışmışdır.

Sonra 2013-cü ilin Nobel mükafatı laureatları haqqında söhbət açan akademik müasir hekayə ustası kimi ədəbiyyat üzrə Nobel mükafatçısı, kanadalı yazıçı Elis Munronun yaradıcılığı ilə bağlı məlumat vermişdir.

Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi münasibətilə şairənin həyat və yaradıcılığına həsr edilmiş məruzəsi dinlənilmişdir.

Sonra filologiya üzrə fəlsəfə doktoru Səfurə Quliyeva tədqiqatçı-alim, ədəbiyyatşünas və şair Qasım Qasımzadənin yaradıcılığına həsr edilmiş məruzə ilə çıxış etmişdir. Filologiya elmləri doktoru Şirindil Alışanlı şairə həsr edilmiş və nəşrə təqdim edilməsi nəzərdə tutulan monoqrafiya haqqında məlumat vermişdir.

 Şairin oğlu, şərqşünas alim Nəriman Qasımzadə atasının xatirəsinin əziz tutulmasına görə təşəkkürünü bildirmişdir.

 Elmi Şurada, həmçinin 2013-cü ilin plan işlərinin yerinə yetirilməsinin təşkilinə dair məsələlər müzakirə edilərək bu proseslərə nəzarəti həyata keçirəcək xüsusi komissiyanın tərkibi müəyyən edilmişdir.

Akademik İ.Həbibbəyli institutda aparılan struktur islahatlar haqqında məlumat vermişdir.

 Müzakirə və təkliflərdən sonra elmi informasiya şöbəsinin adında dəyişiklik edilməklə elmi informasiya və tərcümə şöbəsinin təsis edilməsinə, eləcə də yeni elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin yaradılmasına qərar verilmişdir.

Sonda “Ədəbiyyat məcmuəsi”nin yubiley nömrəsinin hazırlanması və nəşrlə bağlı bir sıra digər  məsələlərə baxılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında