Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul etmişdir

 

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul etmişdir.

DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilmişdir.

Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapmışdır. Bəzi məsələlərin isə həll olunması üçün müvafiq tapşırıq verilmişdir. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında