Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir

İclasda Azərbaycan Respublikasında teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilmiş, teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığı xüsusi vurğulanmış, Azərbaycan mədəniyyətinin, tarixinin , coğrafiyasının, milli-mənəvi dəyərlərin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd edilmişdir.
Qeyd olunanları və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərini nəzərə alaraq Şura Azərbaycan Respublikasında ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna 4 avqust 2010-cu il tarixdən 4 sentyabr 2010-cu il tarixədək müsabiqə elan etmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında