İçməli suya görə ödənişlər sadələşdirildi

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması istiqamətində islahatları davam etdirir. Bu məqsədlə “smart-kart” tipli su sayğaclarının quraşdırılması getdikcə intensivləşdirilir. Artıq indiyə qədər 160 mindən artıq belə sayğac istismara verilmişdir.

Ötən müddətdə “smart-kart” tipli balans yüklənilməsi yalnız “Azərsu” ASC-nin müvafiq rayon idarələrində aparılırdısa, artıq şəhərin müxtəlif yerlərində (metro stansiyası, bank, market, kommunal xidmət təşkilatları və dövlət orqanları, təhsil və səhiyyə müəssisələri və digər obyektlərdə)  quraşdırılmış “MilliÖn” köşklərində yüklənmə aparmaq mümkündür.

“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Komtec” LTD şirkəti ilə əldə edilmiş razılığa əsasən, səhmdar cəmiyyətin bu sahə üzrə məlumatların ödəmə  terminallarına inteqrasiyası tam başa çatdırılmışdır. Ödənişlərin aparılması və “smart-kart” sayğaclarına balansın yüklənməsi üçün “MilliÖn” ödəniş terminallarının ekranında  kommunal xidmətlər hissəsində “Azərsu”  bölməsini seçmək tələb olunur. Kart terminala daxil edildikdən sonra ekranda göstərilən ardıcıllıq üzrə əməliyyatlar həyata keçirilir. Müvafiq məbləğ terminala daxil edildikdə ödəmələr real zaman rejimində həyata keçirilir, məbləğ  həmin an abunəçinin hesabına daxil edilir və karta yüklənir.  Abunəçilər yüklənmiş kartı mənzillərində quraşdırılmış sayğaclara daxil edib balanslarını artırırlar.

Xatırladaq  ki, hazırda Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda işlək vəziyyətdə olan 900-dən artıq köşkün təqribən 50 faizində su və kanalizasiya xidmətləri üzrə yükləmə aparmaq mümkündür. Növbəti mərhələdə isə ölkənin  digər şəhər və rayon mərkəzlərindəki köşklər də  bu sistemə qoşulacaqdır.  “MilliÖn” köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilərin “Komtec” LTD şirkətinin 0010 “Qaynar xətt” xidmətinə və “Azərsu” ASC-nin 955 zəng mərkəzinə  müraciət etmələri xahiş olunur.

M. YAQUBZADƏ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında