Tezliklə “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış”lardan istifadə olunacaq

 

 

 

Müxtəlif səbəblərlə bağlı tələb edilən arayışları  müvafiq quruma təqdim etməyin ən qısa yolu “Elektron hökumət” portalından keçir. Belə ki, portalın fəaliyyətinin təkmilləşdirilməsi üzərində işləri davam etdirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) artıq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” sistemini işləyib hazırlayıb. Bu  barədə  nazirliyin mətbuat xidməti məlumat yayıb.

Arayışın hazırlanması və verilməsi üçün əsas kimi fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının müvafiq bəndlərinə istinad edilib. Belə ki, mülkiyyətçi və ya operator ödənişsiz olaraq vətəndaşa onun haqqında məlumatları təqdim etməlidir. Həmçinin qanuna fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin - yəni vətəndaşın yazılı razılığı ilə yol verilir.

Arayışın formalaşdırılması zamanı vətəndaş arayışda onun barəsində olan fərdi məlumatların konkret quruma ötürülə biləcəyinə razılıq verir. Vətəndaş arayışı tam və ya yalnız unikal İD və ştrix kodu çap edərək aidiyyəti quruma təqdim edə bilər. Arayışın həqiqiliyinin yoxlanması üçün arayış təqdim edilən qurum unikal İD-ni portalda arayışların yoxlanılması elektron xidmətinə daxil olmaqla, müvafiq İD-ni daxil edir. Portal İD nömrəsinə əsasən arayışı arxivdən tələb edənə təqdim edir. Tələb edən arayışı təkrar çap edib doğruluğunu təsdiq edə bilər. İnformasiya sistemləri olan qurumlar üçün arayışın elektron formada import edilməsi də nəzərdə tutulub. Hələlik bank sektorunda istifadəsi nəzərdən keçirilən yeni sistemin reallaşması kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradacaq.

Vətəndaş sözügedən arayışı istədiyi zaman çap və ya transfer də edə biləcək. Arayışın elektron formada digər qurumlara transferi məqsədilə xüsusi servisin hazırlanması nəzərdə tutulur.

M.MEHDİYEV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında