Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir

 

Naxçıvan Qarnizonunun zabitlər evində Azərbaycanın hərb tarixinin görkəmli nümayəndəsi, Kəngərlilər nəslinin məşhur generallarından olan Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq hərb tariximizdə Kəngərlilər nəslinin hərbçi nümayəndələri haqqında məlumat vermiş, onların keçdikləri döyüş yolunun bugünkü gənc nəsil üçün örnək olduğunu vurğulamışdır.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynova çıxış edərək qeyd etmişdir ki, Kəngərlilər öz hünərləri, şücaətləri ilə bütün dünyada məşhurdurlar. Onların içərisində Hüseyn xan Naxçıvanski isə xüsusi bir mövqedə dayanır. Qeyd olunmuşdur ki, Naxçıvanda doğulan, ilk təhsilini burada alan Hüseyn xan şərfli, eyni zamanda, faciəli tale yaşamışdır. Ömrünün böyük bir hissəsini Rusiya imperiyasında hərbi qulluqda keçirən həmyerlimiz imperatorun general-adyutantı hərbi vəzifəsinə qədər yüksələ bilmişdir. Çar Rusiyasının və bir çox xarici dövlətlərin yüksək mükafatlarına layiq görülmüş Hüseyn xan Naxçıvanski uzun və şərəfli bir döyüş yolu keçərək xalqımızın adını hər zaman uca tutmuşdur.

Digər məruzələrdə də Hüseyn xan Kəngərlinin keçdiyi döyüş yolundan, həmçinin rus-yapon müharibəsində fəaliyyətindən danışılmış, Azərbaycan tarixinin parlaq səhifələrini yazan Kəngərlilərin Vətən qarşısında böyük xidmətlərindən bəhs olunmuşdur.

Sonra tam süvari generalı Hüseyn xan Naxçıvanski haqqında film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında