Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov yüksək demokratik standartlar səviyyəsində keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə edərək ümummilli lider Heydər Əliyevin siyasi kursunu yekdilliklə dəstəklədiyini vurğulamışdır. Nazir Prezident İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən bu ali dövləti vəzifəyə seçilməsinin son 10 ildə görülən işlərə, hərtərəfli sürətli inkişafa verilən qiymətin təzahürü olduğunu bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, ötən dövrdə respublikamızın hərtərəfli, o cümlədən sürətli sosial-iqtisadi tərəqqisi təmin olunaraq ölkəmiz liderlər sırasına çıxmış, həmçinin ədliyyə və məhkəmə sistemi də xeyli təkmilləşdirilmişdir. Nazirliyin funksiya və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənmiş, Ədliyyə Akademiyası, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri, xüsusi notariat institutu fəaliyyətə başlamış, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına müraciət imkanları xeyli asanlaşmış, yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı iki dəfə artırılmış, infrastruktur müasirləşdirilmişdir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli nitqində ölkənin gələcək inkişafı ilə bağlı müəyyən etdiyi prioritet istiqamətlərdən irəli gələn vəzifələr müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, dövlətimizin başçısının korrupsiya və rüşvətxorluğa qarşı qəti mübarizənin aparılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, informasiya-kommunikasiya texnologiyalarının, “Elektron hökumət”in formalaşdırılması, əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və s. məsələlər üzrə konkret tapşırıqları ədliyyə işçilərinin də üzərinə əlavə mühüm məsuliyyət qoyur.

Kollegiyada Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin və tələblərin ədliyyə orqanlarında dürüst və dönmədən icrasını təmin etmək, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ən yeni infrastrukturun yaradılması və qabaqcıl

informasiya-kommunikasiya texnologiyalarının, xüsusilə elektron ədalət mühakiməsinin tətbiqi, ədliyyə işçiləri tərəfindən qulluq etikası və davranış norma və prinsiplərinə ciddi riayət edilməsi, Ədliyyə Akademiyasının imkanlarından səmərəli istifadə olunmaqla ədliyyə işçiləri və hakimlərin tədrisinə diqqətin artırılması üzrə konkret tədbirlər müəyyənləşdirilmişdir. Həmçinin vətəndaşlara xoş münasibətin göstərilməsi, korrupsiyaya qarşı mübarizə üzrə əlavə təsirli tədbirlərin görülməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, penitensiar sistemin təkmilləşdirilməsi və bu sahəyə ictimai nəzarətin gücləndirilməsi və s. üzrə zəruri tapşırıqlar verilmişdir.

İclasda ədliyyə sahəsində işin daha səmərəli təşkili ilə bağlı digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuş, bir sıra qeyri-kommersiya təşkilatları qeydiyyata alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında