Tikinti kompleksi sürətlə inkişaf edir

 

 

 

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2013-cü ilin doqquz ayında bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 faiz çox vəsait yönəldilmiş, onun 71,5 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 49,4 faizi məhsul istehsalı, 50,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,7 faizini təşkil etmişdir.

Aərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki,  2013-cü ilin doqquz ayında Bakı şəhərində “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, qaz turbinli istilik elektrik stansiyası, Azərbaycan Tibb Universitetinin tədris-cərrahiyyə klinikası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Qələbə Meydanında müxtəlif səviyyəli tunel tipli yol qovşağı istifadəyə verilmişdir.

 Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağcabədi rayonunda “Aqat-aqro” heyvandarlıq kompleksi, Mərkəzi Xəstəxana, Gənclər Mərkəzi, Ağstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzi, Astara rayonunda Boks Mərkəzi, Balakən rayonunda soyuducu anbar kompleksi, Cəlilabad rayonunda Mərkəzi Xəstəxana, Gədəbəy rayonunda yeni qızıl emalı zavodu, Soyuducu anbar kompleksi, Qazax rayonunda sement zavodu, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, aqrar sənaye kompleksi, “Qafqaz Karvansaray” otel kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Quba rayonunda Milli Qolf Klubu, Gənclər Mərkəzi, “Rixos” oteli, Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodu istismara buraxılmışdır.

 Xaçmaz, Qax, Saatlı rayonlarında olimpiya idman kompleksləri, İsmayıllı rayonunda tikiş fabriki, “İsmayıllı-1” Su Elektrik Stansiyası, Sabirabad rayonunda Kür çayı üzərində körpü, istixana kompleksi, Lənkəran, Siyəzən rayonlarıda Gənclər Mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Şəmkir rayonunda “Zəka” İntelektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası, Tovuz rayonunda Hemodializ Mərkəzi, Yevlax Hava Limanı, Mərkəzi Xəstəxana təntənəli şəraitdə açılmışdır.

Bunlardan əlavə, maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1478 min kvadratmetr olan yeni yaşayış evləri, 526 çarpayılıq xəstəxana, növbədə 130 nəfəri qəbul edən ambulator-poliklinika müəssisələri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, 997 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir.

T.ƏLİYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında