Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Lənkəranda "Liderlik Məktəbi" dinləyicilərinin qonağı olmuşdur

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərinin "AB Qala" hotelində birinci və ikinci kurs tələbələri üçün həyata keçirdiyi "Liderlik Məktəbi" layihəsinin iştirakçıları Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və YAP Lənkəran Rayon Təşkilatı gənclər birliyinin sədri İlkin Rəhimovla görüşmüşlər.
ATGTİ mətbuat xidmətinin təmsilçisi Məcid Musayev bildirmişdir ki, R.Həsənov çıxışında Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranma tarixi və fəaliyyət istiqamətləri barədə tələbələrə məlumat vermiş, liderlik məktəbləri, yay universitetləri barədə söz açmışdır. Bildirmişdir ki, belə bir layihə ilk dəfə Kanadada fəal tələblər və könüllü qruplar üçün təşkil edilmişdir. Bu cür layihələr artıq Azərbaycanda da reallaşır. Liderlik xüsusiyyətlərin inkişaf etdirilməsi hər bir gəncin məqsədi olmalı və o, həmin məqsədə uyğun da addımlar atmalıdır. Bu baxımdan Gənclər və İdman Nazirliyi gənclər üçün lazım olan bütün şəraiti yaradır.
İlkin Rəhimov banisi ümummilli lider Heydər Əliyev olan YAP-ın yaranma tarixindən söhbət açmışdır. Vurğulamışdır ki, lənkəranlı gənclər rayonun ictimai-siyasi həyatında, partiyanın həyata keçirdiyi tədbirlərdə fəal iştirak edirlər.
Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında