Azərbaycan lotereya tarixində ən böyük uduş: 439 min 135 manat kimə qismət oldu?!

 

“Qızıl Payız” lotereyasının

 tirajına isə üç gün qalır

Ənənəvi payız layihəsi olan “Qızıl Payız” lotereyasının tirajına cəmi üç gün qalır. Lotereyada bəxtlərini sınamaq istəyənlər üçün bir daha qeyd edirik ki, “Qızıl Payız” lotereyası iştirakçılarını çoxsaylı pul uduşlarından başqa iki avtomobil gözləyir.

Belə ki, əsas oyun başlanmazdan əvvəl və bitdikdən sonra, lotereya biletinin seriya nömrəsi ilə müvafiq olaraq 100 faiz uduşlu “Nissan JUKE” və “Kia Rio” avtomobilləri oynanılacaq. “Yüz faiz uduşlu” anlayışı heç də lotereyanın cəlbediciliyini artırmaq üçün işlədilən PR gedişi deyil. Bu avtomobillər oynanılarkən, lototronla müəyyən edilmiş uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona qaytarılacaq, yeni uduşlu nömrə müəyyən ediləcək və bu prosedur avtomobillər iştirakçılar tərəfindən udulanadək davam edəcək.

Ötən yazımızda biz, avqust ayı ərzində “5/36” lotereyasının unikal uduş statistikasını göstərərək qeyd etmişdik ki, sanki lotereya həvəskarları “5/36” lotereyasının “zəif damarını” tutublar. Doğrudan da, təkcə avqust ayı ərzində bu lotereyanın “Cek Pot”u dörd dəfə udulmuşdu. İnternetdə lotereya oyunları, unikal uduşlar və kuryozlar haqqında araşdırmalarımıza əsaslanaraq deyə bilərik ki, nə vaxtsa, haradasa lotereya oyunlarında belə hal qeydə alınmayıb. Çoxlarımız hesab edirdik ki, avqust ayı lotereyasevərlərin yaddaşında hələ uzun müddət unikal uduş ayı kimi qalacaq. Hərçənd lotereyasevərlər bir məsələdə yekdil idilər ki, iyun ayında “5/36” lotereyasında qeydə alınan 161.490 manat məbləğində rekord uzun sürməyəcək. Amma sentyabr ayında lotereya həvəskarlarının yaşadığı gərgin anları, çətin ki, kimsə təsəvvür edirdi. Sentyabr ayının təkcə bir axşamı ərzində üç nadir hadisə baş verdi. Əvvəla, “5/36” lotereyasının cəmi iki həftə ərzində 63 000 manatadək yüksələn “Cek Pot”u, son ay yarımda beşinci dəfə uduldu. İkincisi, Azərbaycan lotereya oyunları tarixində 439 135 manat məbləğində ən böyük uduş qeydə alındı. Çoxsaylı televiziya tamaşaçıları “Space” TV-də rekord uduşun sahibi Siyavuş Məmmədsalahov haqqında süjeti dəfələrlə izləyiblər. Siyavuşun öz dediyinə görə, onu böyük bir məbləğə sahib edən altı rəqəm kombinasiyasını tirajdan tiraja, dəyişmədən təqdim edirmiş və budur nəticə. 439 135 manat! Xorvatiyada bir nəfər “7/49” oyununda 7 rəqəmdən ibarət yeganə variantla, 23 il müddətində, istisnasız olaraq hər tirajda iştirak etmiş və nəhayət, cari ilin fevral ayında 2,8 milyon ABŞ dolları məbləğində “Cek Pot”u udmuşdu. Düzdür, xorvatiyalı lotereyasevərin (2,8 milyon $) və Siyavuşun (560 min $) uduşları fərqlidir. Amma nəzərə almaq lazımdır ki, xorvatiyalı hər varianta 3.5$ ödəməklə öz uduşunu 23 il, Siyavuş isə hər variant üçün 25 qəpik ödəməklə, cəmisi iki ay gözləyib.

Nəhayət, qeyd etmək lazımdır ki, 16 sentyabr axşamı iki lotereyada, ümumi məbləği  502.510 manat olan iki “Cek Pot” udulmuşdu və bir neçə gün bundan qabaq bu unikal hadisə az qala təkrarlanacaqdı. Ötən cümə, “5/36” lotereyasında 112298 №-li bilet əsas uduşun bir addımlığında dayanaraq 4725 manatla kifayətlənsə də,  “6/40” lotereyasında 105323 №-li bilet öz sahibinə 77 525 manat qazandırdı! Bəli. Daha bir həmvətənimiz “Azərlotereya”dan öz sevinc payını aldı. Xeyirli olsun! Sizin də hamınıza bol-bol uduşlar arzulayırıq.  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında