Azərbaycan baş vermiş kriminal hadisənin istintaqı və məhkəməsinin qanunvericilik çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır

 

 

 

 Azərbaycan baş vermiş kriminal hadisənin istintaqı və məhkəməsinin qanunvericilik çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov Moskvada qətl hadisəsində ittiham olunan Orxan Zeynalovun məsələsinə münasibət bildirərkən demişdir.

Nazir müavini bildirmişdir ki, Azərbaycan bu prosesin beynəlxalq prinsiplər, müvafiq qanunvericilik normaları əsasında həyata keçirilməsini nəinki istəyir, həm də bunu tələb edir.

 A.Əzimov Rusiyada bu məsələnin hədsiz dərəcədə şişirdildiyini və ictimailəşdirildiyini də diqqətə çatdırmışdır. Qeyd etmişdir ki,  Rusiyada kriminal vəziyyət çox gərgindir. Moskva kimi böyük bir şəhərdə, onun müxtəlif bölgələrində həmin günlərdə başqa hadisələr də baş vermişdir. Lakin o hadisələrə ictimaiyyətin fikri bu qədər yönəlməmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında