Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Milli-mənəvi dəyərlər və milli kimlik layihəsi” çərçivəsində tədqiqatçılarla görüş keçirilmişdir

 

Oktyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Milli-mənəvi dəyərlər və milli kimlik layihəsi” çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabda məqalə ilə çıxış edəcək alim və tədqiqatçılarla görüş keçirmişdir.

Dövlət Komitəsində baş tutan görüşdə çıxış edən Elşad İskəndərov bu sahədə ilk dəfə olaraq, aparıcı mütəxəssislərin cəlb edilərək belə bir kitabın ərsəyə gətirilməsinin olduqca vacib bir hal olduğunu vurğulamışdır. Komitə sədri onu da bildirmişdir ki, kitabdakı məqalələr Azərbaycan milli kimliyində milli-mənəvi dəyərlərin rolu barədə əsas konturları müəyyən etməyə yönəlib. “Bu çox əhəmiyyətli bir məsələdir. Çünki qeyd olunan sahədə təəssüf ki, mütəxəssislərin öz aralarında belə tam bir konsensusun olmadığını görürük. Bəzən bizə yaxın və qonşu olsalar da, başqa xalqların milli kimliklərinin ünsürləri bizim kimliyimizin bir hissəsi kimi təqdim olunur. Bəzən də əksinə, kimliyimizin ayrılmaz hissələrinin mənimsənilmədiyinin və yad ünsürlər kimi göstərildiyinin şahidi oluruq. Bu baxımdan milli kimliyimizi formalaşdıran və onun ayrılmaz hissələri olan milli-mənəvi dəyərlərin tədqiq edilib geniş icitimayyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.”

Görüşdə iştirak edən AMEA və aparıcı təhsil mərkəzlərinin nümayəndələri və sözügedən sahənin mütəxəssisləri yazacaqları məqalələrin əsas tezisləri haqqında ətraflı məlumat vermişlər. Çıxışçılar bu layihəni dövlətin bu sahəyə diqqət yetirməsinin həm elmə, həm də millətimizin tarixinə və mədəniyyətinə verilən bir dəyər kimi qiymətləndirdilər.

 Qeyd edək ki, “Milli-mənəvi dəyərlər və Milli Kimlik layihəsi” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iştirakı və “Müasir İnkişaf” İctimai Birliyinin təkilatçılığı ilə həyata keçirilir.

Kitab Azərbaycan milli kimliyinin müxtəlif ünsürləri haqqında 20-dən çox məqaləni ehtiva edəcəkdir.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında