Xuraman Qasımova: “Azərbaycan çiçəklənən diyara çevriləcək”

 

 Oktyabrın 9-da xalqımız duzgün seçim edərək Azərbaycanımızın gələcək inkişafına, əmin-amanlığa, demokratiyaya səs verdi.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycanımızın bu gününün yaradıcısı və qurucusu İlham Əliyevin bu seçkidəki möhtəşəm qələbəsi hər birimizin ürəyincə oldu. Biz sənət adamları bu qələbə sevincini böyük məmnunluqla yaşadıq. Çünki cənab İlham Əliyev on illik prezidentliyi dövründə Azərbaycanda mədəniyyətin, incəsənətin əsl hamisi olmuşdur. İnanırıq ki, bu kurs cənab Prezidentin siyasətində yenə də prioritet sahələrdən olacaq.

Mən müğənniyəm. Ötən on ildə Azərbaycan musiqisinin uğurlarını hər an izləmişəm. Bizim musiqi sənətimiz bu on ildə əsrlərə bərabər yol keçdi. Dünyanın əksər ölkələrinin böyük konsert salonlarında Azərbaycan musiqisi səsləndi. Muğam sənətimiz, aşıq sənətimiz YUESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki genişmiqyaslı fəaliyyəti də mədəniyyətimizin inkişafına güclü təkan verdi.

Ötən on ildə Azərbaycan beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrildi. Bakı 2009-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunda. Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirildi və bu forum yenə də ölkəmizin paytaxtında keçiriləcək. Caz festivalları, Qəbələdə klassik musiqi festivalları, muğam müsabiqələri, Avroviziya mahnı müsabiqəsi və s. ölkəmizin mədəni həyatını zənginləşdirmişdir. Azərbaycanı bundan sonra da böyük qələbələr gözləyir. Biz inanırıq ki, ən böyük qələbəmiz Qarabağın geri qaytarılması olacaq. Şuşa yenə də Azərbaycanın Konservatoriyasına çevriləcək. Musiqi ictimaiyyətinin nümayəndəsi kimi cənab İlham Əliyevi prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edir, Azərbaycanımızın gələcək inkişafı yolunda ona uğurlar arzulayıram.

Xuraman QASIMOVA,

xalq artisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında