Silahlı cinayətkar dəstənin üzvləri məhv edilmişdir

 

Xəbər verildiyi kimi, oktyabrın 16-da Qusar şəhərində naməlum şəxslər valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən

küt alətlə xəsarət yetirərək üzərindəki 6 min manatı qarət yolu ilə

ələ keçirmişlər.

Həmin hadisəni törədənlərdən biri-şəhər sakini Edik Rüstəmov “isti iz”lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.

AzərTAc xəbər verir ki, bu barədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri məlumat yaymışdır.

Məlumatda deyilir ki, cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün rayon polis şöbəsinin əməkdaşları şəhər kənarındakı meşə zolağına daxil olarkən E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olmuş, digər 3 əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Sonrakı əməliyyat-axtarış tədbirləri ilə silahlı hücumun Qusar sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilmişdir. Hüquq mühafizə orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində onların gizləndikləri yer müəyyən olunmuşdur.

Silahlı cinayətkarların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat tədbiri keçirilmiş, bu zaman həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstərmişlər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv edilmişlər.

Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış sığınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülmüşdür.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında