IDEA Kampaniyası “Dünyanın ərzaq təhlükəsizliyi” mövzusunda seminar təşkil etmişdir

 

Hər il dünyada xeyli insan ərzaq qıtlığından əziyyət çəkir. Bu problemin kökündə, əsasən, təbii resursların qeyri-səmərəli istifadəsi dayanır. Müasir dövrdə dünyanın dörd bir tərəfini əhatə dairəsinə alan, qlobal problemlər sırasında başlıca  yeri tutan və getdikcə sürətlənməkdə olan ərzaq təhlükəsizliyi probleminin həlli yollarını araşdırmaq, gənclərə təbii resurslardan düzgün istifadənin vacibliyini çatdırmaq məqsədilə IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) “Dünyanın ərzaq təhlükəsizliyi” mövzusunda seminar keçirmişdir.

IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qala kəndində yerləşən ekoloji parkının ərazisində reallaşmışdır.

Otuzdan artıq gəncin iştirak etdiyi seminar  ekoloji parkın fəaliyyəti haqqında qısa məlumatla başlamış, ekspertin dünyanın ərzaq təhlükəsizliyi ilə bağlı mühazirəsi ilə davam etmişdir.

Seminarda ekspert qismində çıxış edən Azərbaycan Heyvanları Mühafizəsi Cəmiyyətinin prezidenti Azər Qarayev bildirmişdir ki, günümüzün ən təhlükəli məsələlərindən olan ərzaq qıtlığını yaradan səbəblərdən biri meşə ehtiyatlarının azalmasıdır.

Tədbir gənclərin müzakirələri ilə davam etmiş və ekspert mövzu ilə bağlı onları maraqlandıran sualları cavablandırmışdır.

Sonda gənclər ekoloji parkın daxilindəki istixanada bitkilərin əkilməsi işində iştirak etmiş və parkın külək turbinləri yerləşən hissəsi ilə yaxından tanış olmuşlar.

IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında