Abşeron rayonunda 8000 köçkün ailəsi üçün yaşayış kompleksi tikiləcək

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə müraciət etmişdir.

Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciət əsasında Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırılıb ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni çoxmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi başa çatdırılıb.

Bildirilib ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün QMKİDK tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırılaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq. Məcburi köçkünlərin nəzərinə çatdırılır ki,  problemlərini həlli dövlətin və komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir.

 Qeyd edilmişdir ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya  166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644 kilometr su, 1059 kilometr hava elektrik, 310  kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20  kilometr istilik xətləri çəkilib. 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə – 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında