Avqust ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yay fəslinin son ayı olan avqustda hava şəraitinin isti , nisbətən sabit keçəcəyi, havanın orta aylıq temperaturunun iqlim norması daxilində, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın , bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.
Sinoptiklərin verdikləri proqnoza görə, avqust ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 21-25 dərəcə isti təşkil edəcək. Gündüzlər 33-36 dərəcə isti olacağı, ayrı-ayrı günlərdə 39-41 dərəcəyədək yüksələcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı ehtimalı var.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında