Səbaildə Qurban bayramı mərasimləri

 

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərazidəki idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər Qurban Bayramı münasibəti ilə qurbanlar kəsmiş, ehtiyacı olanlara yardım göstərmişlər. 

Bayıl yaşayış sahəsindəki “Bakı gecələri” restoranında təşkil olunmuş mərasimə Ağsaqqallar və Veteran təşkilatları şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliklərinin, “Qızıl Aypara”, korlar, əlillər, çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin rəhbərləri və üzvləri, xeyriyyəçi təşkilatların nümayəndələri toplaşmışdılar. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev iştirakçıları müqəddəs Qurban bayramı münasibəsi ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulamışdır. O, rayonda həyata keçirilən sosial yönümlü işlər barədə məlumat verərək bildirmişdir ki, sakinlərdən 3 nəfər Həcc ziyarətinə göndərilmiş,  Qurban bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5000-dən çox ailəyə qurban payları göndərilmişdir.

Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayramın təntənəli keçirilməsində göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, onu oktyabrın 9-da keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə təbrik etmişlər.

Qurban bayramı ilə əlaqədar Badamdar və Bibiheybət qəsəbələrində, “Bibiheybət” ziyarətgahı və İçərişəhərdəki “Cümə” məscidində də mərasimlər keçirilmiş, məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında