Binəqədi rayonunda Qurban bayramı qeyd edilmişdir

 

İnsanlar arasında mənəvi saflığı, dürüstlük və sədaqətliliyi, eləcə də bu keyfiyyətləri özünə həyat tərzi seçən bəndələrin Allaha yaxınlaşmasını tərənnüm edən müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

15 oktyabr 2013-cü ildə İslam dünyasının ən əziz bayramlarından sayılan bu bayram münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımız təbrik edilmiş, möhtərəm Prezidentimiz İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulanmış və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edilmişdir.

Qeyd edək ki, Qurban bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 4700-dən artıq ailəni əhatə edən 7 tona yaxın qurban əti paylanılmışdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında