Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir

 

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı

münasibətilə qardaş ölkənin İzmir və Eskişəhir şəhərlərində

azərbaycanlı tələbələrin iştirakı ilə tədbirlər keçirmişdir.

  İzmir və Eskişehirdəki Azərbaycan dərnəkləri ilə birgə keçirilmiş tədbirlərdə Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni oxunmuşdur.

  Dərnək rəhbərləri öz çıxışlarında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunması, ölkəmizdə din və vicdan azadlığının təmin olunması sahəsində gördükləri möhtəşəm işlərdən bəhs etmişlər.

Türkiyənin digər şəhərlərində də qurbanlar kəsilmiş, bayram süfrələri açılmışdır.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında