Azərbaycan Rusiyada cinayət törətməkdə təqsirli bilinən vətəndaşına lazımi hüquqi dəstəyi verməkdədir

 

Rəsmi Bakı Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Orxan Zeynalova lazımi hüquqi dəstəyi verməkdədir. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyi təlimatlandırılmışdır.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev oktyabrın 17-də keçirdiyi brifinqdə demişdir.

Bu cür hallarda hüquqi əsasın tapılmasının vacibliyini vurğulayan E.Abdullayev Azərbaycan və Rusiya arasında 1995-ci il iyunun 6-da imzalanmış və 1998-ci ilin avqustun 28-də qüvvəyə minmiş konsulluq məsələləri üzrə Konvensiyanın mövcudluğunu diqqətə çatdırmışdır.

 Azərbaycanın Moskvadakı səfirliyinin bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinə nota təqdim etdiyini deyən E.Abdullayev demişdir ki, notada məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranışın və KİV-də onun cinayətkar kimi təqdim edilməsinin təqsirsizlik prezumpsiyasına zidd olduğu bildirilmişdir. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da vermişdir.

 Saxlanılan Orxan Zeynalovla görüşmək üçün danışıqlar aparıldığını deyən E.Abdullayev Rusiya tərəfinə bu məsələyə dair sorğu ilə müraciət olunduğunu da diqqətə çatdırmışdır.

E.Abdullayev məişət münaqişəsinin milli zəmində münaqişəyə çevrilməsinin yolverilməz olduğunu söyləmişdir. O, Azərbaycan səfirliyinin Rusiyada öldürülmüş azərbaycanlı Ruslan Qaraxanlının qətli ilə bağlı istintaqın gedişini də diqqətdə saxladığını vurğulamışdır.

    AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında