Milli QHT Forumu: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirir”

 

 “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar əsassız olaraq neqativ mövqe sərgiləyib. Azərbaycan Milli QHT Forumu bununla əlaqədar etiraz bəyanatı yaymışdır.

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini ümumilikdə 1400-ə qədər əcnəbi və 50 mindən artıq yerli müşahidəçi izləmişdir: “Avropa Parlamenti, AŞPA, ATƏT, Asiya ölkələri Siyasi Partiyalar İttifaqı, MDB, Türk PA və digər beynəlxalq müşahidəçi missiyaları ilkin hesabatlarında prezident seçkilərinin yüksək səviyyədə təşkil edildiyini, onun demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayıblar. Çoxsaylı yerli və xarici müşahidə missiyalarının 9 oktyabr seçkiləri ilə bağlı səsləndirdikləri müsbət fikir və rəylərə baxmayaraq, “Freedom House” beynəlxalq  hüquq-müdafiə təşkilatının sədri Devid Kremerin bütün etik normaları tapdalayaraq, Azərbaycandakı seçkilərə qarşı açıq qərəz nümayiş etdirməsi ölkənin ən iri QHT koalisiyası olaraq bizi narahat etməyə bilməz".

Milli QHT Forumu hesab edir ki, geniş rəqabətlilik və çoxsaylı əcnəbi və yerli müşahidəçilərin iştirakı ilə keçən 9 oktyabr prezident seçkilərinin nəticələrinə verilən hansısa ədalətsiz qiymətlə razılaşmaq sadəcə mümkün deyil: “Azərbaycan əhalisinin müxtəlif təbəqələrinin seçki günü öz iradələrini nümayiş etdirərək istədikləri namizədə səs verməsinə görə heç bir beynəlxalq qurum dövlətimizi və seçki institutlarımızı qınaya bilməz. Hesab edirik ki, Azərbaycan seçicisinin rəyi hər bir kənar mövqedən qat-qat üstündür. Bu baxımdan “Freedom House" kimi ölkəmizə qarşı həmişə qərəzli və ədalətsiz münasibəti ilə tanınan təşkilatın rəyinə də ciddi yanaşmağa dəyməz. “Freedom House”un rəhbəri Devid Kremerin dövlətimizə qarşı sanksiya tələbi ilə Avropa Birliyinə müraciət etməsi Azərbaycan xalqına hörmətsizlikdir. Bir daha bəyan edirik ki, 9 oktyabr prezident seçkiləri azad, ədalətli, şəffaf və demokratik ölkələrdə tətbiq edilən seçki standartlarına uyğun səviyyədə həyata keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir".

QHT Əməkdaşlıq Alyansı da məsələ ilə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, Devid Kremerin Avropa Birliyinə bu müraciəti onun hazırda rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır: “QHT Əməkdaşlıq Alyansı 2013-cü il prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirib və seçkiöncəsi vəziyyətin qənaətbəxş olduğunu, hökumət tərəfindən namizədlərə bərabər imkanlar, media və vətəndaş cəmiyyəti institutlarına sərbəst şəraitin yaradıldığının şahidi olub. Biz “Freedom House” təşkilatını Azərbaycan xalqının çoxluğunun mövqeyinə hörmət etməyə, hüquq-müdafiə təşkilatı kimi öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, Azərbaycan seçicilərinin hüquqlarını pozmamağa çağırırıq". 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında