Azərbaycanın birinci xanımı Tallinn şəhərinin qədim hissəsi ilə tanış olmuşdur

Aprelin 7-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Estoniyanın birinci xanımı Evelin İlvesin müşayiəti ilə Tallinn şəhərinin qədim hissəsi ilə tanış olmuşdur.
Mehriban xanıma məlumat verildi ki, Estoniya paytaxtının nadir memarlıq inciləri ilə zəngin olan bu hissəsi şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Tallinnin ən böyük kilsəsi olan XIV əsrə aid Olav da paytaxtın bu hissəsində yerləşir.
Azərbaycanın birinci xanımına mərkəzi meydanda yerləşən qədim binalar, digər kilsələr, ümumiyyətlə, Tallinnin tarixi barədə ətraflı məlumat verildi.
Sonra birinci xanımlar şəhər Ratuşasının yerləşdiyi meydana gəldilər.
Mehriban xanım Əliyevaya tarixi abidələrlə zəngin olan ərazidə yerləşən və 600 illik tarixi olan Ratuşanın fəaliyyəti və onun Estoniya tarixində oynadığı rol barədə danışıldı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında