“Azərsu” ASC-nin növbəti uğuru

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi sahəsində daha bir uğur qazanmışdır. Bakı şəhərində keçirilmiş “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda  mühasiblərin və auditorların IV Avrasiya Forumunda səhmdar cəmiyyətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının keçid istiqamətində  əldə  olunan nailiyyətləri yüksək qiymətləndirilmişdir.

Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun respublikamızda rəsmi nümayəndəsi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatası ilə birgə təşkil etdiyi tədbirdə  Avropa və Asiya ölkələrindən müxtəlif dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Forumda çıxış edən “Azərsu” ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini Mahir Məmmədov səhmdar cəmiyyətdə daxili nəzarət və risklərin idarə olunması mexanizminin təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir. 2012-ci ildən başlayaraq “Azərsu” ASC-də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi istiqamətində zəruri texniki və təşkilatı işlərin həyata keçirildiyini vurğulayan natiq hazırda  əsas diqqətin bu sahə üzrə kadrların bilik və təcrübəsinin artırılmasına yönəldildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq standartlarda baş vermiş yeniliklərlə və xarici təcrübə ilə tanışlıq  məqsədilə yerli mütəxəssislər mütəmadi olaraq  konfrans, seminar və treninqlərdə iştirak edir, beynəlxalq standartlar üzrə  ilkin (baza) biliklərin tədrisindən başlayaraq mərhələlərlə daha yüksək səviyyəli təlimlərə cəlb olunurlar.

Səhmdar cəmiyyətdə beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi və kadr siyasətinin həyata keçirilməsi sahəsində qazanılan uğurlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. “Azərsu” ASC-nin sədr müavini M.Məmmədov Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) “İlin maliyyə meneceri” nominasiyası üzrə mükafatına layiq görülmüşdür.  Xatırladaq ki, 2012-ci il noyabr ayının 5-9 tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə keçirilmiş mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransında  “Azərsu” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi ən yüksək mükafat almışdır.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında