Nəsimi rayonunda təntənəli mərasim

 

 

 

Oktyabr ayının 1-dən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Bu münasibətlə rayonda təntənəli mərasim keçirilib.

S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbiri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi rəisinin vəzifəsini icra edən mayor Kənan Məmmədov açaraq sözü Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə verdi. O, gəncləri Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına yola düşmələri münasibətilə təbrik etdi və onlara uğurlu xidmət arzuladı.

Natiq qeyd etdi ki, Azərbaycan Ordusunun, müdafiə qabiliyyəti gündən-günə artır, o ən müasir silah və hərbi texnika ilə təchiz edilir. Son illərdə böyük inkişafa nail olunmuş ölkəmizdə artıq müasir silah, sursat, hərbi texnika istehsal olunur və hətta xaricə də ixrac edilir. Dövlət başçımızın dediyi kimi Azərbaycan Silahlı Qüvvələri hazırda regionun ən güclü ordusudur. Bu baxımdan orduya çağırılan gənclərin üzərinə böyük məsuliyyət düşür. Onlar ordumuzun daha da  güclənməsi, ölkəmizin müdafiə qabiliyyətinin qüdrətlənməsi üçün əllərindən gələni etməli, öz hərbi bilik və bacarıqlarını artırmalıdırlar. Nəsib Məhəməliyev gənclərə bir daha uğurlar arzuladı.

Sonra Milli Məclisin deputatları Ziyad Səmədzadə və Asim Mollazadə çıxış edərək gəncləri hərbi xidmətə başlamaları münasibətilə təbrik etdilər.

Respublikamızın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı nümayiş etdirildi.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında