9 oktyabr seçkisi Azərbaycan xalqının iradəsini, ölkə gənclərinin isə siyasi qətiyyətini ortaya qoydu

 

Bu fikirləri 17 saylı Yasamal üçüncü seçki dairəsinin  4 saylı məntəqəsində  bir müşahidəçidən eşitdim. Orada  prezidentliyə namizədliyi irəli sürülmüş bütün namizədlərin müşahidəçiləri var idi. Ancaq mən həmin məntəqədə  heç bir namizədin təmsilçisi olmayan müşahidəçilərlə də görüşdüm.

Onlardan biri də Mərkəzi Seçki Komissiyasında respublikadakı bütün seçki dairələri üzrə müşahidə aparmaq statusu ilə qeydə alınmış bitərəf müşahidəçi,  Gənc Vətənpərvərlər Birliyinin şöbə müdiri Natiq Qaçayev idi.  Həmsöhbətim qeyd etdi ki, saat 14-ə qədər Nizami, Nəsimi Qaradağ və Yasamal rayonlarındakı seçki dairələrinin 20-yə qədər məntəqəsində müşahidələr aparmışıq. Vəziyyət  xalqın arzuladığı şəkildədir. Yəni xalq hər adamın sərbəst olaraq öz istədiyi namizədə səs verməsini istəyir. Bu, tamamilə təbii haldır. Çünki  Konstitusiya ilə hər kəsin seçmək və seçilmək hüququ vardır. Müşahidə apardığımız məntəqələrdə şahidi olduq ki, insanların bu hüquqları yüksək səviyyədə təmin olunub. Seçicilərdən eşitdiyimiz fikirlər isə ondan ibarət idi ki, prezidentliyə namizədlərin bu qədər çox olması  öz-özlüyündə insanların həqiqi seçim edə bilmək imkanını artırır.

Natiq müəllim qeyd etdi ki, seçkinin gedişi dostlarımız və bədxahlarımız üçün  iki həqiqəti ortaya qoyur. Birinci həqiqət  seçicilərin fəallığı ilə bağlıdır.Yəni insanlar mütləq səs vermək istəyirlər və öz istədikləri namizədin qələbəsi üçün mütəşəkkillik nümayiş etdirirlər.  Deməli,  günün sonunda xalqın iradəsi, istəyi, arzusu ortaya çıxacaq.  İkinci həqiqət isə gənclərin qətiyyəti ilə bağlıdır. Gənc Vətənpərvərlər  Birliyinin Humanitar və mədəniyyət siyasəti şöbəsində çalışdığım beş ilə yaxın müddətdə Azərbaycan gəncliyinin  sosial- mədəni arzu və istəklərini kifayət qədər öyrənə bilmişəm.  Bu seçkidə isə Azərbaycan gəncliyinin siyasi qətiyyəti tamamilə üzə çıxır və onların ölkənin sabahına münasibəti  müəyyən oldu. Gənclərin seçkidəki fəallığını və mütəşəkkilliyini bizimlə bərabər müxtəlif dairələrdə müşahidə missiyasını yerinə yetirən əcnəbi mütəxəssislər də səmimiyyətlə etiraf edirdilər. Bu, çox mühüm amildir. Azərbaycan gəncləri bu gün sözün həqiqi mənasında əsl vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər.

Elçin ABBASOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında