Seçici fəallığı beynəlxalq müşahidəçilər tərəfindən də təqdir olunmuşdur

 

Səsvermə günü baş çəkdiyimiz bütün məntəqələrdə olduğu kimi, 16 saylı Yasamal ikinci seçki dairəsinin 26 saylı məntəqəsində də qələbəliyin şahidi olduq.

Məntəqə sədri Əbülfəz Nağıyev qeyd etdi ki, səsvermənin ədalətli, şəffaf və demokratik keçirilməsi üçün Seçki Məcəlləsinin tələb etdiyi bütün qaydalara əməl olunmuşdur. Seçici siyahıları dəqiqləşdirilmiş, evdə səs verəcək seçicilərin ünvanları müəyyən olunmuş, siyasi partiya, blok və birliklərin müşahidəçilərinin səsverməni normal izləmələri üçün zəruri şərait yaradılmışdır. Biz məntəqədə olarkən ATƏT-in müşahidəçiləri Onri Juolth və Xulca Costadevdi yasamallı seçicilərin səsvermədə hansı səviyyədə iştirak etdiyini öyrənmək üçün diqqətlə müşahidə aparırdılar. Bizim mətbuat təmsilçisi olduğumuzu bilən xarici müşahidəçilər öz ilkin təəssüratlarını bu şəkildə ifadə etdilər:

– Azərbaycan kimi gənc bir ölkədə bu şəkildə demokratik seçkilərin keçirilməsi təqdirəlayiq haldır. Xüsusən seçkilərin fəallığı həddən artıq qaneedici haldır. Nəzərə alsaq ki, bu ölkə ötən əsrdə 70 ildən çox totalitar bir rejimin tərkibində olub, onun bu seçkisi mütləq yüksək qiymətləndirilməlidir.

Məntəqə sədri qeyd etdi ki, xarici müşahidəçilərdən başqa, onlarla yerli müşahidəçi də burada keçirilən səsverməni izləyib və heç kəsin iradı, iddiası və ya şikayəti qeydə alınmayıb. Saat 18:00-da məntəqəyə  zəng etdik. Əbülfəz Nağıyev qeyd etdi ki, artıq seçicilərin 65 faizindən çoxu səs verib və həmin ana qədər heç bir partiya və ya blok təmsilçisi nöqsan, ya da qanun  pozuntusu olduğunu bildirməyib. Qeyd edək ki, bu məntəqədə mindən artıq seçici səs verməli idi. Bu qədər seçicinin 65 faizi səs vermişdisə və heç bir qanun pozuntusu qeydə alınmamışdısa, deməli, səsverməyə çox ciddi şəkildə hazırlıq işləri görülmüşdü. Məhz həmin hazırlıqların nəticəsi idi ki, seçkilərdə haqq-ədalət qalib gəldi. Cənab İlham Əliyevin qələbəsi elə haqqın qalib gəlməsidir.

Rafiq SALMANOV, “Xalq qəzeti”

 (Foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında