Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi Binəqədi rayonunda böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı rayondakı Heydər Əliyev adına istirahət parkında İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi münasibətilə geniş konsert proqramı təşkil etmişdir.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının bayraqları ilə bəzədilmiş 45 motosikl YAP Binəqədi rayon təşkilatının inzibati binasından YAP mərkəzi aparatının binasına qədər yürüş etmişdir.

Yüksək əhval-ruhiyyədə davam edən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatmış və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin rəmzi olaraq, səmaya 90 ədəd fosforlu şar buraxılmışdır.

V.BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında