Layiqli ölkənin layiqli prezidenti

 Əhliman ƏMİRASLANOV, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

Bu günlər xalqımız, millətimiz fərəh içindədir. Demokratik və şəffaflıq şəraitində keçirilən prezident seçkilərində cənab İlham Heydər oğlu Əliyev xalqımızın yekdil iradəsi  ilə ölkəmizin  Prezidenti seçildi.

Çox şadıq ki, Prezidentimizi ürəkdən dəstəkləyən, Azərbaycanın gələcək uğurlarının təntənəsinə, vətənimizin çiçəklənməsinin ardıcıllığına səs verən qədirbilən xalqımızın övladları arasında Azərbaycan Tibb Universitetinin əməkdaşları, tələbə-gəncləri də vardır. Bu gün dahi Heydər Əliyev ideyalarının möhtəşəm təntənəsi günüdür. Ümummilli liderimizin “Mən İlham Əliyevə özüm qədər inanıram” -  deməsi bu gün milyonların inam məbədinə çevrilib. Cənab Prezident bu inamı son 10 ildə gördüyü dünya miqyaslı bəşəri işləri ilə, Azərbaycanı inkişaf etmiş lider dövlətlər sırasına çıxarmaqla, beynəlxalq miqyasda qazandığı xoşməramlı uğurlarla, xalqımızın rifah halının gündən-günə yaxşılaşdırılmasına sərf etdiyi diqqət və qayğısı ilə, ölkəmizin dövlətçilik imkanlarını uca tutaraq, onu həm də sosial dövlətə çevirməsi ilə, insan kapitalını hər şeydən yüksəkdə bərqərar etməsi ilə  qazandı.

Bütün bunlar bizi daha xoş günlərə, daha xoş gələcəyə səsləyir. Cənab İlham Əliyev son 10 ildə 3 dəfə Azərbaycan Tibb Universitetində olub, müəllim və tələbələrimizə regionda analoqu olmayan bir-birindən dəyərli, müasir təchizatlı unikal klinikalar bəxş edib. Son günlərdə istifadəyə verilən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında Prezidentimizin söylədiyi geniş nitq bizi yeni qələbələrə ruhlandırdı. Əminliklə  deyirik ki, bundan sonra da ölkə Prezidentinin daxili və xarici siyasətini ürəklə dəstəkləyəcək, xalqımızın  sağlamlığı keşiyində möhkəm dayanacağıq.

Əziz Prezidentimizi bu xoş günlərdə - dünya ölkələri nümayəndələrinin gözü önündə demokratik şəraitdə keçirilən ədalətli seçkilərdə əldə etdiyi qələbəyə görə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə-gəncləri adından, eləcə də öz adımdan ürəkdən təbrik edir, ulu Tanrıdan ona və ailəsinə möhkəm cansağlığı, səadət, xoşbəxtlik diləyir, xalqımızın, Vətənimizin gələcək rifahı naminə gördüyü işlərində yeni müvəffəqiyyətlər arzulayıram.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında