Azərbaycan xalqının düzgün seçimi və böyük qələbəsi

 Vaqif ABBASOV, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində 

İlham Əliyevin möhtəşəm qələbəsi  Azərbaycanımızın  gələcək inkişafını ürəkdən istəyən  hər bir  vətən övladının  hədsiz sevincinə səbəb oldu. Dünya siyasi arenasında böyük nüfuz  qazanan, ölkəmizi sürətli inkişaf yoluna çıxaran,  Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı  İlham Əliyevin  yenidən  Prezident seçilməsi tarixi zərurət idi.

Cənab İlham Əliyevin  on illik hakimiyyəti dövründə təhsilə və elmə  xüsusi önəm verilmiş, maddi kapitalın  insan kapitalına çevirməsi üçün böyük layihələrin reallaşması təmin edilmiş, yeni və ən müasir texnologiyaların Azərbaycana gətirilməsi təmin olunmuşdur.    

İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçmişdir. Bu illər ərzində ölkəmiz  bütün dünyada tanındı. Azərbaycan Cənubi Qafqazın ən güclü, ən sürətlə inkişaf edən dövlətidir. Dünyanın 155 ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzv seçilməsini dəstəkləməsi məhz son on ildə   dövlətimizin xarici siyasətinin  böyük uğurudur.  Heç şübhəsiz, bu  siyasi kurs yaxın gələcəkdə  ölkəmizi  inkişaf etmiş ölkələr sırasına çıxaracaq.  Buna heç kəsin şübhəsi olmasın. Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi eyni zamanda, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının böyük qələbəsidir. Azərbaycan xalqı öz seçimi ilə bu siyasi kursu dəstəklədiyini,cənab Prezidentə böyük inam  bəslədiyini bir daha nümayiş etdirdi. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında