Dünya mətbuatı Azərbaycanda keçirilən prezident seçkilərindən yazır

 

 

 

Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən prezident seçkiləri haqqında yazmaqda davam edir.

ABŞ-ın “The Washington Post” qəzetində dərc edilmiş məqalədə oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin keçirildiyi bildirilir. Yerli vaxtla səhər saat 8.00-da məntəqələrin seçicilərin üzünə açıldığı qeyd edilir.

Məqalədə, həmçinin oxucuların diqqəti Azərbaycandakı iqtisadi inkişaf proseslərinə cəlb edilir, son illərdə ümumi daxili məhsulun bir neçə dəfə artdığı diqqətə çatdırılır. Bildirilir ki, bu ölkənin paytaxtı Bakı sürətlə inkişaf edərək müasir şəhərə çevrilmişdir.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini diqqətə çatdırır.

Böyük Britaniyanın “Financial Times” qəzetinin saytında da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı geniş məqalə yerləşdirilmişdir. Yazıda Azərbaycanın dövlət himni səsləndirildikdən sonra səsvermənin başlandığı bildirilir.

Azərbaycandakı prezident seçkiləri ilə bağlı “Al Jazeera” televiziya kanalında da reportaj yayımlanmışdır. Reportajda səsvermənin gedişinin çoxsaylı beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənildiyi diqqətə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan ABŞ-ın və Qərb dövlətlərinin ən vacib tərəfdaşlarından biridir.

Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı daha bir məqalə “New Europe” portalında yerləşdirilmişdir. Məqalədə bildirilir ki, səsvermənin normal qaydada keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Qeyd edilir ki, səsvermə prosesini  çoxsaylı yerli və xarici müşahidəçilər də izləmişlər.

“Associated Press” və “Reuters” agentliklərində də Azərbaycanda keçirilən prezident seçkilərinə dair məlumatlar yayılmışdır. Agentliklər əsas diqqəti seçkilərə son hazırlıq prosesi və səsvermənin gedişinə cəlb etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında