Amerikada çıxan “The Hill” qəzeti: Demokratiya asanlıqla yaranmır

 

Amerikada çıxan nüfuzlu “The Hill” qəzetinin 8 oktyabr tarixli nömrəsində siyasi icmalçı Ceyson Katsın “Demokratiya asanlıqla yaranmır” sərlövhəli məqaləsi dərc edilmişdir. Politoloq yazır ki, demokratiya “yerdən çıxmır və ya göydən düşmür”, “azad və ədalətli seçkilər” bir sıra ölkələrdə demokratiyaya təminat vermir.

Müəllif yazır: “Sağlam demokratik quruluş aşağıdan yuxarıya doğru yaranır. Bu, müasir evin tikilməsinə oxşayır. Əvvəlcə bünövrə qoyulmalı, sonra çərçivələr, döşəmə, divarlar və fasad qurulmalıdır”. ABŞ-da da demokratiya bu şəkildə qurulmuşdur. Bu ölkədə demokratik cəmiyyət quruluşu həqiqətən təkamül yolu keçmişdir.

C.Kats göstərir ki, dünyanın bir sıra regionlarında, o cümlədən İraqda, Fələstində, Şimali Afrika ölkələrində demokratiya qurmaq naminə böyük məbləğdə pul xərclənmiş, resurslar sərf edilmiş, qan tökülmüşdür, lakin münaqişələr davam edir, insanların qanı axıdılır, demokratiya isə görünmür. Bizim təbii müttəfiqlərimiz, zəngin enerji ehtiyatlarına malik olan, investisiyalar üçün açıq, başqa dinlərə münasibətdə tolerant ölkələrə diqqət yetirmək lazımdır. Azərbaycan da bu cür inkişaf etməkdə olan demokratiya ölkəsidir.

C.Kats yazır ki, Azərbaycanda prezident seçkiləri ərəfəsində Prezident İlham Əliyevə qarşı güclü müxalifət olmadığından guya seçkilərin ədalətsiz olması barədə şikayətlər yaranır. Lakin, müəllif özü Bakıya səfər etmiş, orada otel işçilərindən, taksi sürücülərindən başlamış, hökumət işçilərinə qədər çox müxtəlif insanlarla söhbət etmiş və əmin olmuşdur ki, Prezident İlham Əliyevə qarşı ciddi müxalifət yoxdur. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkədə həyata keçirilmiş siyasi və sosial islahatlar, iqtisadi inkişaf sayəsində o, əhali arasında populyarlaşmışdır.

Müəllif daha sonra Azərbaycanın dünya arenasında uğurlarından, Bakı-Tbilisi-Ceyhan, Cənub dəhlizi kimi qlobal layihələrdən başlamış Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyinə qədər uğurlarından bəhs edir.

Ceyson Kats öz məqaləsini bu fikirlə yekunlaşdırır ki, Azərbaycan ABŞ-ın və İsrailin etibarlı müttəfiqidir, ona görə də ABŞ demokratik inkişaf yolunda olan Azərbaycan Respublikasını dəstəkləməlidir.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında