Mərkəzi Seçki Komissiyasının sədri prezident seçkilərində səs vermişdir

 

Bakının Binəqədi rayonunda seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində də vətəndaşlar səsvermədə fəal iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 nömrəli seçki məntəqəsində səs vermişdir.

Məzahir Pənahov jurnalistlərə müsahibəsində bildirmişdir ki, seçicilərin fəallığı hiss olunur. Əslində, bu, prezident seçkiləri üçün kifayət qədər yüksək fəallıqdır. Bu göstərici bizi tam qane edir. Bu, günün birinci yarısına qədər olan normal fəallıqdır.

MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu barədə rəsmi şəkildə məlumat daxil olmamışdır. Biz operativ şəkildə bütün dairələrlə daim əlaqə saxlayırıq.

Beynəlxalq müşahidəçilərin fəaliyyətinə münasibət bildirən M.Pənahov qeyd etmişdir ki, hələlik rəsmi şəkildə rəy bildirmək  tezdir. Lakin bizim əldə etdiyimiz məlumatlara görə, beynəlxalq müşahidəçilər Azərbaycanın bütün regionlarında seçki məntəqələrində olurlar və yəqin ki, fikirlərini seçkilərdən sonra bildirəcəklər. Bildiyiniz kimi, beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çoxdur və biz bunu alqışlayırıq. Bu, onu göstərir ki, Azərbaycana böyük maraq vardır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında