Jurnalistlər seçkiləri maneəsiz işıqlandırmışlar

 

Azərbaycan Mətbuat Şurasının məlumatında bildirilir ki, oktyabrın 9-da prezident seçkiləri ilə bağlı MŞ-nin “qaynar xətt”inə prosesi işıqlandıran iki jurnalist - “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Cəsur Məmmədov və BBC Azərbaycan xidmətinin əməkdaşı Naibə Abdıyevə müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra hər iki anlaşılmazlıq aradan qaldırılıb.

Ölkəmizin müxtəlif bölgələrində prezident seçkisini izləyən Mətbuat Şurasının monitorinq qrupunun üzvləri gün ərzində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb.

Bundan başqa, gün ərzində MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Milli Məclisin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqlərində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar.

Mətbuat Şurasının kütləvi informasiya vasitələri təmsilçilərinin 9 oktyabr prezident seçkisində iştirakına dair rəyi bundan ibarətdir ki, jurnalistlərin prosesi işıqlandırmaları ilə bağlı vəziyyət qənaətbəxş olub. Seçki qanunvericiliyinin tələbləri gözlənilib. Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə məhdudiyyətlər yaradılmayıb. Şura hesab edir ki, medianın fəallığı ölkədə azad və demokratik seçkinin təşkili üçün zəruri olan informasiya mühitinin formalaşması baxımından müstəsna rol oynayıb.

R.TAHİR, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında