“Exit-poll”un nəticələri 9 oktyabr seçkilərində İlham Heydər oğlu Əliyevin qalib gəldiyini təsdiqləyir

 

 

 

ABŞ-ın “AJF&Associates,Inc.” Təşkilatı Azərbaycanda  2013-cü il 9 oktyabr  prezident seçkilərində

“exit-poll” sorğusu keçirmişdir

Azərbaycanın qeyri-hökumət təşkilatı olan “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi bu sorğuda  tərəfdaş kimi iştirak etmişdir.

 Bu “exit-poll” sorğusunu Azərbaycanın APA İnformasiya Agentliyinin sifarişi ilə  ABŞ-ın “AJF&Associates,Inc.” Təşkilatı həyata keçirmişdir.

“Exit-poll” respublikadakı 125 seçki dairəsindən 100-nü əhatə edib.  Sorğu üçün müasir elmi metodlar əsasında, bir sıra mühüm parametrlər nəzərə alınaraq 835 məntəqə seçilmişdi. Hər bir dairədə təsadüfi seçmə yolu ilə 10-a yaxın məntəqə müəyyən edilmişdi.

“Exit-poll”un keçirilməsi üçün dünyanın bir çox ölkələrində, xüsusilə Şərqi Avropa və MDB məkanında, habelə Azərbaycanda bu sahədə toplanmış təcrübə nəzərə alınaraq  metodika hazırlanmışdır. Bu metodikaya əsasən, hər bir dairəyə bir supervayzer - təşkilatçı, hər məntəqəyə isə iki intervüçü ayrılmışdı. Supervayzer və intervüçülər xüsusi treninqlərdə lazımi səviyyədə hazırlanmışdır.

Seçki günü xüsusi hazırlanmış mayka və kepkalar geymiş, fərqləndirici döş nişanları taxmış intervüçülər məntəqələrin çıxışında səs vermiş seçicilər arasında sorğu keçirmişlər. Sorğu anonim şəkildə aparılmışdır. Hər kəs sorğu vərəqini istədiyi yerdə gizli olaraq doldurmuş və şəffaf qutuya atmışdır.

Sorğunun nəticələri gün ərzində üç  dəfə (11.00, 14.00, 17.00)  Bakı şəhərində yerləşən baş ofisə telefon vasitəsi ilə catdırılmışdır. Alınan nəticələr kompyuterlərdə dərhal SPSS proqramının köməyi ilə ümumiləşdirilmişdir. Xüsusi, ASCİİ   Proqramının köməyi ilə proses eyni zamanda,   “AJF&Associates,Inc.”  Təşkilatının ABŞ-dakı ofisində də izlənmiş və ümumiləşdirilmiş, Bakıdakı nəticələrlə müqayisə edilmişdir. Bu, informasiyaların emalının şəffaf şəkildə həyata keçirilməsinin mühüm qarantıdır.

 

“Exit-poll” sorğusunun nəticələri aşağıdakı kimi olmuşdur:

Ağazadə İqbal - 1,6 %

Əliyev İlham - 82,7 %

Əlizadə Araz - 1,2 %

Hacıyev Hafiz - 0,7 %

Həsənquliyev Qüdrət - 1,7 %

Həsənli Cəmil - 8,8 %

İsmayılov İlyas - 0,9 %

Quliyev Fərəc - 0,9 %

Məmmədov Sərdar -0,6 %

Oruc Zahid - 0,9 %


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında