"Dəyirmi masa" Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuşdur

İyulun 30-da "Divani-hikmət" məclisində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Tədbir Milli QHT Forumunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Qarabağ həqiqətlərinin yerli və beynəlxalq QHT-lər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması" layihəsi çərçivəsində təşkil edilmişdir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni "dəyirmi masa" iştirakçılarına Azərbaycan xalqının qəhrəmanlıq tarixi haqqında geniş məlumat vermişdir. O, bu şərəfli salnaməyə öz rəşadəti, qorxmazlığı, igidliyi ilə böyük töhfə vermiş milli ordumuzun giziri Mübariz İbrahimovun adını hörmət və ehtiramla çəkmişdir.
Bildirilmişdir ki, Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmış Mübariz İbrahimov Vətəninə, xalqına tükənməz sevgi ilə bağlanmış gənclərimizdən olmuşdur. Cəbhə xəttində atəşkəsi mütəmadi surətdə pozan erməni quldurları ilə qeyri-bərabər döyüşdə düşməndən qisasını alan igid döyüşçümüz canından artıq sevdiyi Azərbaycan torpağını erməni işğalçılarından təmizləmək uğrunda qəhrəmancasına həlak olmuşdur.
R.Zeyni demişdir ki, bir qayda olaraq beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan hökuməti bu dəfə də öz iyrənc ənənəsinə sadiq qalaraq M.İbrahimovun meyitini ailəsinə verməmişdir. Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciətlər olunsa da məsələ hələ də öz həllini tapmamışdır.
"Dəyirmi masa"da çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətini xüsusi vurğulamışlar. Bildirilmişdir ki, bu addım ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsinə müsbət təsir göstərmişdir.
Sonda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ruhuna dualar oxunmuşdur.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında