Bakı Baş Polis İdarəsi və Şəhər Prokurorluğundan

2010-cu il iyulun 23-də Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq adlı quruma daxil olan partiyalar adından Hüseyn Məlikov, Əliş Əzizov, Mirməmməd Xanlarov, Xəzər Teyyublu və Vüqar Bayramov Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək iyulun 31-də saat 15.00-dan 18.00-dək paytaxtın aşağıda adıçəkilən mərkəzi küçə, meydan və parklarından birində - Hüseyn Cavid, Səməd Vurğun bağlarında, Füzuli meydanında, N.Nərimanov kinoteatrının, Xalça muzeyinin, C.Cabbarlının abidəsinin qarşısındakı meydanlarda, Füzuli və Ş.Bədəlbəyli küçələrinin arasındakı parkda, şəhər icra hakimiyyətinin, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin inzibati binalarının 200 metrlik məsafələrində mitinq keçirmək niyyətində olduqlarını bildirmişlər.
Eyni zamanda, Azərbaycan Xalq Cəbhəsi Partiyası adından Fuad Qəhrəmanlı, Asif Yusifli və Nemət Əliyev də şəhər icra hakimiyyətinə müraciət edərək iyulun 31-də saat 15.00-dan 17.00-dək Bakı şəhərində aşağıdakı ünvanlardan birində - N.Nərimanov kinoteatrının, C.Cabbarlının abidəsinin, Teleteatrın qarşısında, Hüseyn Cavid, Səməd Vurğun, Sahil bağlarında, Azneft meydanında, Parlament prospektində mitinq keçirmək istəklərini bildirmişlər.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər iki müraciətə baxılaraq iyulun 27-də onlara cavab verilmişdir ki, təşkilatçıların göstərdikləri ünvanlardakı parklar insanların istirahəti üçün nəzərdə tutulduğundan, digər ünvanlar isə nəqliyyatın intensiv hərəkət etdiyi ərazilər olduğundan həmin yerlərdə hər hansı toplantının keçirilməsi mümkün deyildir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, nəzərdə tutulan mitinqlərin iyulun 31-də saat 15.00-dan 18.00-dək aşağıdakı ünvanlardan birində - Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində, Xətai rayonundakı 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirilməsini təklif etmişdir.
Bununla əlaqədar iyulun 30-da nəzərdə tutulan aksiyaların təşkilatçılarına Bakı Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən paytaxtın mərkəzi küçə, bağ və meydanlarında keçirməyə cəhd edəcəkləri mitinqlərin mövcud qanunvericiliyin tələblərinə zidd olması barədə xəbərdarlıq edilmişdir. Onlara izah olunmuşdur ki, planlaşdırdıqları tədbiri paytaxt meriyası tərəfindən təklif olunmuş ərazilərdən birində keçirə bilərlər. Təşkilatçıların nəzərinə çatdırılmışdır ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 12-ci maddəsinə əsasən, təşkilatçılar və iştirakçılar tərəfindən toplantıda odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və ya əmlaka ziyan vura bilən əşyalardan istifadə edilməsi qadağandır. Bir daha xəbərdarlıq edilmişdir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazidə keçirilərsə, həmçinin qadağan olunmuş əşyalardan istifadə olunarsa, bu, ciddi qanun pozuntusu kimi qiymətləndiriləcək, təşkilatçılar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında