Azərbaycan Qəbələ RLS-i tam şəkildə Rusiyadan təhvil almışdır

 

 

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı:

“Artıq stansiya tam olaraq bizim nəzarətimizdədir”

Azərbaycan Silahlı Qüvvələri Qəbələ Radiolokasiya Stansiyasını (RLS) tam şəkildə Rusiyadan təhvil almışdır. Bunu APA-ya Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehtiyev bildirmişdir.

General bəyan etmişdir ki, artıq stansiyada rus hərbçiləri qalmamışdır, onlar ailələri ilə birlikdə Azərbaycanı tərk etmişlər: “Artıq stansiya tam olaraq bizim nəzarətimizdədir”.

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlamışdır. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olmuşdur. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb etmişdir.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanmışdır. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırmışdır. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında